')

Bu gün:


FutbolPress.Az | AFFA-dan "Neftçi"nin baş məşqçisinə 5 oyunluq cəza

AFFA-dan "Neftçi"nin baş məşqçisinə 5 oyunluq cəza


oxunma sayı: 293 Paylaş:

FutbolPressAFFA İntizam Komitəsinin iclası keçirilib. Müzakirələrdən sonra müxtəlif aşağı liqalarda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

Regional Liqasının “Ümid” - “Tufan” matçında “Ümid” klubu təhlükəsizliyi təmin etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-17 liqasında “Keşlə” - “Neftçi” matçının 89-cu dəqiqəsində “Neftçi”nin baş məşqçisi Elçin Dərgahquliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Lakin sonradan Elçin Dərgahquliyevin köməkçi hakimi təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırılması müəyyən olunub. Bunu nəzərə alaraq İntizam Komitəsi 18 №-li protokoluna dəyişiklik edərək, Elçin Dərgahquliyevi hakimi təhqir etdiyinə görə 5 oyun cəzalandırıb.


oxunma sayı: 293 | Paylaş:




?>