')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"dən ölkə çempionatında 2 medal

"Qəbələ"dən ölkə çempionatında 2 medal


oxunma sayı: 228 Paylaş:

FutbolPressBakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatına start verilib. 55 klubdan 497 cüdoçunun mübarizə apardığı yarışın ilk günündə 9 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

Ölkə çempionatında iştirak edən “Qəbələ” İdman Klubunun cüdoçuları da günü medallarla başa vurub. 60 kq çəki dərəcəsində qüvvəsini sınayan oğlanların mübarizəsində azarkeşlər “Qəbələ”li cüdoçuların finalına şahid olublar.

Həlledici qarşılaşmada klubuun iki üzvü – Vüqar Şirinli və Mehman Sadıxov üz-üzə gəliblər. Finalda da qələbə qazanan Şirinli qızıl, Sadıxov isə gümüş medala sahib çıxıb. Çempionatın mükafatçılarına medallar, diplom və hədiyyələr təqdim olunub. Yarışa dekabrın 28-də yekun vurulacaq.


oxunma sayı: 228 | Paylaş:




?>