"Kəpəz"də yeni təyinat
Paylaş:
“Kəpəz”də daha bir təyinat reallaşıb. Futbolinfo.az xəbər verir ki, əvəzedici komandanın məşqçisi Mətləb Məmmədov klubda uşaq futbolunun rəhbəri təyin olunub.
Məmmədovun vəzifəsi aşağı yaş qrupları üzrə komandalara nəzarət edib uşaq futbolunun inkişafına dəstək verməkdən ibarət olacaq.
Mətləb Məmmədov təyinatı ilə bağlı klub saytına açıqlama verib:
“Əvvəlcə fürsətdən istifadə edib mənə etimad göstərən klub rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm. Onların ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəm. “Kəpəz” mənim üçün doğma klubdu. Burada oynamışam, karyeramı başa vurduqdan sonra məşqçi kimi də çalışmışam. Bu klubda işləmək, oynamaq hamı üçün böyük şərəfdi. Müəyyən fasilədən sonra yenidən doğma komandamıza döndüm. Həm əvəzedici heyətin məşqçisi, həm də uşaq futbolunun rəhbəri kimi “Kəpəz”ə xidmət göstərəcəm. Yaxşı futbol oynamağı bacaran oyunçular yetişdirməliyik ki, onlar da gələcəkdə komandamızın şərəfini layiqincə qorusunlar. Klubumuzun uğur qazanması üçün səylə çalışmalıyıq”.
| Paylaş: