Maskerano "Barsa"dan gedir
Paylaş:
"Barselona"nın müdafiəçisi Xavyer Maskerano qışda klubunu tərk etmək qərarına gəlib. İspaniya mətbuatının məlumatına görə, argentinalı futbolçunun qərarı qətidir.
İspaniya klubu da 33 yaşlı futbolçunun Çin "Xebey Çayna Forçun"una keçməsinə əngəl yaratmayacaq.
Maskerano üçün çinlilər 6 milyon avro təklif edir. "Barselona"nın istəyi isə 10 milyon avro idi.
| Paylaş: