Prosineçki üçün iki variant: yığma, yoxsa klub?
Paylaş:
Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki haqda növbəti iddialar yayılıb.
Onun məşqçilik karyerasını davam etdirməsi üçün iki variant mövcuddu. Bunlardan biri klub, digəri yığmada çalışmaqla bağlıdı.
Xorvatiyalı mütəxəssisin xidmətində Qazaxıstan klublarından biri maraqlıdı. Ancaq komandanın adı hələlik açıqlanmayıb.
Daha bir variant isə Bosniya və Herseqovina yığması ilə bağlıdı. Fatih Terimi razı sala bilməyən yerli federasiya yenidən Prosineçkiyə yönəlib.
| Paylaş: