MS-dən növbəti rekord
Paylaş:
"Mançester Siti" İngiltərə Premyer Liqası tarixində yeni rekorda imza atıb. "Şəhərlilər" turnir çərçivəsində ardıcıl olaraq 15 qələbə əldə edən ilk komanda olub.
Pep Quardiolanın komandası bu uğuru "Suonsi Siti" ilə qarşılaşmada əldə edib. Görüş MS-in 4:0 hesablı qələbəsi ilə başa çatıb.
İPL-də bundan əvvəlki rekord "Arsenal"a məxsus idi. Komanda 2001/02 və 2002/03 mövsümlərində ardıcıl olaraq 14 matçda qalib gəlib.
| Paylaş: