Ronaldodan yeni rekord
Paylaş:
"Real"ın futbolçusu Kristiano Ronaldo növbəti rekorda imza atıb.
O, klublararası dünya çempionatı tarixinin ən yaxşı bombardiri olub. Portuqaliyalı forvard turnirin yarımfinalında dünən keçirilən "Əl-Cazira" ilə matçda (2:1) fərqlənərək klublararası dünya çempionatında vurduğu qolların sayını 6-ya yüksəldib.
Bununla da, Ronaldo Lionel Messi, Luis Suares, Sesar Delqadonu (5 qol) geridə qoyaraq ən yaxşı bombardir olub.
| Paylaş: