')

Bu gün:


FutbolPress.Az | Kubokda ziyana düşənlər - AFFA cəzaları açıqladı

Kubokda ziyana düşənlər - AFFA cəzaları açıqladı


oxunma sayı: 92 Paylaş:

FutbolPressBu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Keşlə” – “Kəpəz” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Zirə” – “Neftçi” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

“Qarabağ” – “Sumqayıt” matçının 88-ci dəqiqəsində qonaq komandanın futbolçusu Fərhad Vəliyev sonuncu ümid fouluna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimələnib.


oxunma sayı: 92 | Paylaş:




?>