')

Bu gün:


FutbolPress.Az | Mançester derbisindən sonra kütləvi dava - qan töküldü

Mançester derbisindən sonra kütləvi dava - qan töküldü


oxunma sayı: 581 Paylaş:

FutbolPressİngiltərə Premyer Liqasının XVI turunda baş tutan "Mançester Yunayted" - "Mançester Siti" oyunundan sonra ara qarışıb. "Şəhərlilər"in 2:1 hesablı qələbəni çılğınlıqla qeyd etməsi meydan sahiblərinin narazılığına səbəb olub.

Qonaq komandanın paltardəyişmə otağına yaxınlaşan Joze Mourinyo onları sakitləşdirmək istəyib. Bundan sonra onunla MS-in braziliyalı qolkiperi Ederson arasında əməlli-başlı mübahisə yaranıb. Əsəblərinə hakim ola bilməyən Mourinyo qolkiperin başına plastik qab çırpıb.

Ardınca iki komandanın üzvləri arasında kütləvi dava baş verib. Hətta qan da tökülüb. "Mançester Siti"nin köməkçi-məşqçisi Mikel Artetanın qaşı çatılıb.


oxunma sayı: 581 | Paylaş:




?>