')

Bu gün:


FutbolPress.Az | Qurbanov nümunəsi (QEYD)

Qurbanov nümunəsi (QEYD)


oxunma sayı: 943 Paylaş:

FutbolPressKomanda.az-ın keçirdiyi, 74 KİV-dən 79 jurnalistin iştirak etdiyi sorğuda cəmi 2 nəfər Ayxan Abbasova ("Zirə"), qalan hamı Qurban Qurbanova səs verib!
Azərbaycanda heç vaxt hansısa bir sorğu bu qədər üstünlüklə birinin lehinə olmamışdı.

Hamımız  Çempionlar Liqasının himninin çox sevirik. Uşaqlığımız, hiss və həyəcanlarımız o notlarda gizlənib. Onun Bakıda səslənməsinin baş səbəbkarına şəksiz səs verməyin nəticəsi belə də olmalıydı.

Qurbanova milli komandayla  da bu uğurlara çatmağı arzulayırıq!

***               ***                 ***

O, bir şəxsin xarakter hesabına pillə-pillə inkişafa necə nail olmasının ən yaxşı nümunələrindəndi. Hər il, bəlkə də hər fəsil keçdikcə  işinə, ətrafa baxışında ciddi dəyişiklik, irəli addım, tamlanma müşahidə edirik. O, son illərin şəriksiz lideri, sorğuların tək qalibidir. Ancaq hər qələbədə "adı qazanmaq asandı, ona layiq olmaq çətin" prinsipinə daha çox uyuşur.

Qurbanovu çözmək asan məsələ deyil. O, hər addımı böyük və çox çək-çevir edilmiş plan əsasında atır. O, ciddiliyə önəm verən, bütünlüklə bu keyfiyyətə köklənən adamdır və ətrafında da daim belələri olur. Qurbanova əqidədaş, yoldaş, sirdaşdan çox peşəkar daha maraqlı gəlir. İllərlə müşahidələrimiz bu qənaətə gəlməyə əsas verib. O, dosta dost, yoldaşa yoldaş kimi yanaşmağın tərəfdarı olsa da iş prosesi üçün mütləq halda peşəkar olmalıdır yanında.

Əlbəttə, uğura aparan yolun əsas teoremi də budur. Bəxt də beləsinin yanında olmağı üstün tutur.

İllər həm də Qurbanovun zövqünü formalaşdırmaqla yanaşı, ona baxıb, zövqünü təkmilləşdirənlər cərgəsi yaratdı. Ölkə futbolunda gənc məşqçilərə üstünlük verilməsi məhz onun uğurlu performansıyla bağlıdır.

Təbriklər, Qurbanov! Qoy bütünlüklə özünüzü həsr etdiyiniz işlərinizdə nəticələr istəyinizə və zəhmətinizə layiq olsun! 

Elçin Cəlilov


oxunma sayı: 943 | Paylaş:




?>