')

Bu gün:


FutbolPress.Az | Qış çempionu kim olacaq?

Qış çempionu kim olacaq?


oxunma sayı: 391 Paylaş:

FutbolPressBu gün Topaz Premyer Liqasında XIV tura start veriləcək. II dövrənin və ümumiyyətlə ilin son turunun qarşılaşmaları 3 gün ərzində keçiriləcək.
 
 
 “Qarabağ” – “Neftçi”
1 dekabr, 18:30
“Azersun Arena”


İlk gündə bir qarşılaşma keçiriləcək. “Qarabağ” və “Neftçi” Azərbaycan derbisində üz-üzə gələcək.
 
Ölkənin ən titullu klublarının duelində tərəflər fərqli hədəflər üçün mübarizə aparacaqlar. Çempionatın lideri olan Ağdam klubu uduzmayacağı halda qış çempionluğunu rəsmiləşdirəcək. Ehtiyatda bir oyunu da olan “atlılar” ən yaxın izləyici “Qəbələ” ilə xal fərqini 4-ə çatdıracaqlar ki, “qırmızıı-qaralar”ın bunu aradan qaldırması mümkün olmayacaq.
 
“Neftçi” isə 4-cü pilləyə yüksəlmək üçün prinsipial oyundan yaxşı nəticə ilə ayrılmalıdı. “Sumqayıt”la gərgin rəqabət halında olan “ağ-qaralar” hazırda bu rəqibindən cəmi 1 xal geridə qalır. Qalibiyyət və ya heç-heçə Tərlan Əhmədovun komandasını azı bir günlük 4-cü sıraya yüksəldəcək.
 
Bu, komandaların yubiley – 70-ci qarşılaşması olacaq. Əvvəlki matçların 26-da “Qarabağ”, 18-də “Neftçi" Qələbə qazanıb, 25 görüşdə qalib müəyyənləşməyib. Top fərqində 75:63 Ağdam klubu üstündü.  “Neftçi” 7 oyundur qələbə qazana bilmir. Bu matçlardan “Qarabağ” qolsuz ayrılmayıb.
 

“Kəpəz” – “Sumqayıt”
2 dekabr, 14:00
Gəncə şəhər stadionu

 
İkinci oyun günündə də bir matç keçiriləcək. Gəncədə yerli “Kəpəz” “Sumqayıt”ı sınağa çəkəcək.
 
Olduqca bərbad mövsüm keçirən meydan sahibi ötən tur doğma azarkeşləri önündə “Qəbələ”yə 1:6 hesabıyla uduzaraq, tarixinin ən ağır ev məğlubiyyətini yaşadı. Komandanın yeni baş məşqçisi Yunis Hüseynov TPL-də ilk qələbəsini məhz “Sumqayıt”la görüşdə əldə etməyə çalışacaq. Kubokda mərhələ keçməyi bacaran komandanın ağır "Qəbələ" məğlubiyyətindən sonra tam topralanıb-toparlana bilmədiyini “Sumqayıt”la oyun göstərəcək. “Kəpəz” qələbə sayəsində sonuncu pillədən xilas olmaq imkanı qazanacq.
 
“Sumqayıt” isə autsayderlə görüşdə xal itirməməklə “Neftçi”ni özündən irəli buraxmamağa/”Neftçi”dən aralanmağa səy göstərəcək. Ötən tur “Səbail”lə ev oyununda xal itkisiylə üzləşən Samir Abasovun komandası Gəncə səfərində 3 xala ümid edir.
 
Komandalar bunadək 17 dəfə qarşıalşıb. 5 oyunda “Kəpəz”, 6 matçda “Sumqayıt” qələbəyə sevinib. Daha 6 görüş "sülh"lə yekunlaşıb.Top fərqində 22:20 “Sumqayıt” üstündü. Ancaq “Kəpəz” öz meydanında uduzmayıb. “Sumqayıt” son 3 səfərdə qol vura bilməyib.
 
 
“Qəbələ” – “Keşlə”
3 dekabr, 16:00
Qəbələ şəhər stadionu

 
Əyalətdə keçiriləcək daha bir oyun isə bazar gününə planlaşdırılıb. “Qəbələ” öz meydanında “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirəcək.
 
“Qarabağ”ın ən yaxın izləyicisi olan “qırmızı-qaralar” qalib gəlməklə ən azı ikinci pillədəki mövqeyini qorumaq, daha yaxşı halda isə qış çempionluğu uğrunda mübarizədən qopmamaq iddiasındadı. İkinci variantın baş tutması real görünməsə də, komanda qış fasiləsinə ikinci kimi yollanmaq iqtidarındadı. Roman Qriqorçukun yetirmələri bunun üçün “Keşlə”yə mütləq qalib gəlməlidi. Çünki 3-cü yerdəki “Zirə”nin “Səbail”lə matçda xal itirəcəyi inandırıcı görünmür.
 
“Keşlə”də isə vəziyyət olduqca pisdi. Ardıcıl 7 məğlubiyyət alan komandada daxili ab-hava da yaxşı deyil. Futbolçularını oyun-alqı satqısında ittiham edən klub rəhbərliyi, daxili fikir ayrılıqları və narazılıqların meydana təsirsiz ötüşməyəcəyi ortadadı. Belə bir vəziyyətdə məğlubiyyət “Keşlə”nin qış fasiləsinə sonuncu yerdə getməsinə də səbəb ola bilər.

Komandalar indiyədək 37 dəfə üz-üzə gəliblər. 14 dəfə “Keşlə” qalib gəlibsə, 10 halda “Qəbələ” 3 xala sevinib. 13 görüşdə isə qalib müəyyənləşməyib. Top fərqi 49:35 bakılıların lehinədi. Lakin “Keşlə” son 8 matçda qələbə qazana bilməyib. Qəbələ təmsilçisi ardıcıl 3 dəfə qalib gəlib.
 
 
“Səbail” – “Zirə”
3 dekabr, 18:30
“Bayıl Arena”

İlin son turunun bağlanış matçı “Bayıl Arena”da baş tutacaq. Mövsüm ərzində ilk dəfə doğma meydanında oyuna çıxacaq “Səbail” iddialı “Zirə”ni qonaq edəcək.
 
Debütant “ev”inə qayıdışını uğurlu nəticə ilə qeyd etməyə çalışacaq. Samir Əliyevin komandası uğurlu nəticə ilə özündən geridə qərarlaşan komandaların yaxınlaşmasına imkan verməməkdə, irəlidəkiləri isə narahat etməkdə iddialıdı. Ancaq “Zirə” kimi rəqiblə qarşılaşmada bunu etmək heç də asan olmayacaq. Yaxşı mövsüm keçirən Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv “Qarabağ” və “Qəbələ”dən çox geri düşməmək üçün “Səbail”ə qalib gəlməlidi. Ötən tur Ağdam klubuna uduzan qəsəbə təmsilçisinin debütantla matçda xal itirməyə haqqı yoxdu.
 
Rəqiblərin yeganə oyununda hər iki komanda qol sevinci yaşayıb. Həmin matçda “Zirə” qələbə qazanıb – 2:1.

"FutbolPress"



oxunma sayı: 391 | Paylaş:




?>