')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" qış çempionu oldu

"Qarabağ" qış çempionu oldu


oxunma sayı: 237 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında XIV tura start verilib.

Açılış oyunu Azərbaycan derbisi ilə baş tutub. Ölkənin iki ən titullu klubu “Neftçi” və “Qarabağ” Ağdam klubunun meydanında üz-üzə gəliblər.

Qurban Qurbanovun komandası növbəti 3 xalını qazanıb. 1:0 hesablı qələbə "Qarabağ"a ən yaxın izləyicisi "Qəbələ" ilə xal fərqini 6-ya yüksəltməyə imkan verib. Beləliklə, digər oyunların nəticəsindən asılı olmayaraq, komanda qış fasiləsinə lider kimi yollanıb.

Topaz Premyer Liqası
XIV tur
1 dekabr (cümə)

18:30. “Qarabağ” – “Neftçi” 1:0
Qol:
Maksim Medvedev, 25

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
“Azersun Arena”

“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 77. Donald Qerye, 99. Dani Kintana
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 66. Cavid Bayramov, 90. Ramil Şeydayev. 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
 
“Neftçi”: 94. Rəşad Əzizli, 5. Anton Krivotsyuk, 15. Ruslan Abışov (k), 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 10. Derlis Meza Kolli, 6. Rəşad Sadiqov, 8. Emin Mahmudov, 11. İqnasio Herrera, 17. Rəhman Hacıyev, 9. Uqo Barqas
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 23. Tərzin Cahangirov, 27. Məqsəd İsayev, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 7. Namiq Ələsgərov, 16. Pavel Dreksa, 3. Mateo Mujek, 20. Elnur Süleymanov, 19. Fəhmin Muradbəyli
Baş məşqçi: Tərlan Əhmədov


oxunma sayı: 237 | Paylaş:




?>