')

Bu gün:


FutbolPress.Az | Dərs olsun... (QEYD)

Dərs olsun... (QEYD)


oxunma sayı: 1480 Paylaş:

FutbolPress“Keşlə”nin futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidovun dünən axşamdan yoxa çıxması, onların oyun alqı-satqısında şübhəli bilinərək hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı məlumat günün əsas müzakirə mövzusu oldu. Məsələ o qədər böyüdü ki, hətta xarici mediada da buna yer verildi.

Klub səhər saatlarında açıqlama yayaraq, bu futbolçuların 5-6 matçın nəticəsinin əvvəlcədən müəyyənləşdirilməsində şübhəli bilindiyini və onlarla müqaviləyə 4 gün əvvəl xitam verildiyini bəyan etdi. Ancaq işin gedişində müəyyən qaranlıq məqamların olduğu ortada idi. Ən başlıcası, futbolçuların konkret harda saxlanılması barədə rəsmi məlumat yox idi – aidiyyatı dövlət qurumları məsələdən xəbərsiz olduqlarını açıqlamışdılar.

Gün ərzində “FutbolPress” olaraq məsələ ilə bağlı öz araşdırmamızı apardıq və prosesin təxminən hansı ssenari ilə getdiyini, gözlənilmədən necə şişdiyini ortaya qoyduq (burdan oxu).

Məsələni təhlil edərkən məlum olur ki, ortada ümumiyyətlə heç bir fakt yoxdu. Bu azmış kimi hər hansı şübhənin mövcudluğunun özü belə şübhəlidi. Hətta şikayətçi tərəf də yoxdu. Bunu “Keşlə” rəsmilərinin saxlanılan futbolçuların harda olmasından xəbərsizliyi də göstərir. Nə klubun prezidenti Zur Axundov, nə də icraçı direktor Rəmiş Malıyev konkret nəsə deyə bildilər.

Bəs bu futbolçular hara yoxa çıxmışdı? Təhlillərimizə görə, onların ortadan itməsi klubdan getmək istəmələriylə bağlı olub. Əsas oyunçuların klubu tərk etməsiylə barışa bilməyən Axundov öz üsulları, “qanunları” ilə onlardan acıq çıxmaq istəyib. O, bunu hüquq-mühafizə orqanlarındakı əlaqələri vasitəsilə həyata keçirib. Axundov bu yolla futbolçuların “gözünü qorxutmaq”,  fikirlərindən daşındırmaq istəyib.

Düzdü, hazırda bununla bağlı ortaya konkret fakt qoya bilmirik, ancaq təhlillərimiz göstərir ki, proses hadisələr bu müstəvidə cərəyan edib.

Diqqət yetirsək, bir neçə gün əvvəl Nizamı Hacıyev özü artıq “Neftçi”ylə münasibətləri rəsmiləşdirmək üzrə olduğunu bildirsə də, qarşı tərəf hələlik danışıq apardıqlarını açıqlamışdı. Belədə “Keşlə” prezidenti  futbolçunu komandada saxlaya biləcəyini düşünüb və uğursuz siyası addım atıb. Günün sonunda doğru artıq klub idarəçilərinin, xüsusilə Zaur Axundovun naşı hərəkət etdiyi ifşa olundu. Adıçəkilən oyunçuların (və Fuad Bayramovun) oyun satması ilə bağlı hər hansı fakt ortaya qoymaq mümkün olmadığı üçün onlar sərbəst buraxıldılar.

Prosesin gedişində Zaur Axundovun mətbuata açıqlamasında bir məqam xüsusilə diqqət çəkdi: "Hələlik yalnız 2 futbolçunu həbs ediblər. Qoy, bu, hamıya dərs olsun".

Kimə, niyə dərs olsun, Axundov? Bu açıqlama ilə nəyə nail olduğunuzu göstərməyə çalışmısız? Heç nə baş verməyib axı. Əksinə, Zaur Axundov, sizin özünüzə dərs olmalıdı ki, bir də keçmiş məmur fəaliyyəti zamanı qazandığınız imkanlardan, əlaqələrdən yararlanıb hər hansı futbolçunu qanundankənar formada fikrindən daşındırmağa cəhd etməyəsiz. Özünüzə və sizin kimi futbola aidiyyatı olmayan klub idarəçilərinə dərs olsun ki, daha belə naşı üsullarla klub idarə etməyə çalışmayasız, məntiqsiz qərarlar verməyəsiz.

Bir dә bu "konsert" sizә dәrs olsun: şübhәniz olanda bunu faktla sübuta yetirmәmiş ictimai hay-küy yaratmazlar. Vә çalışın, futbolçularla qoçu kimi davranmayın. Naşılığınızı, idarә etdiyiniz klubu hәr qәrarınızda lağlağı hәdәfinә gәtirdiyinizi dәfәlәrlә göstәrmisiniz. Klub idarәçiliyi bir nәfәrin hamının әvәzinә qәrar vermәsi deyil, hüquqşünasın hüquq, mühasibin maliyyә әmәliyyatları, mәşqçinin komanda hazırlığı, oyunçunun da oyunçu funksiyası... Siz niyә hamının yerinә danışır, hәrәkәt edirsiz ki, yekunda bugünkü kimi, anormal durumla qarşılaşasınız?  Dәrs olsun...

"FutbolPress"


oxunma sayı: 1480 | Paylaş:




?>