')

Bu gün:


FutbolPress.Az | "Səbail" də heç-heçə edərmiş...

"Səbail" də heç-heçə edərmiş...


oxunma sayı: 120 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının “Sumqayıt”la səfər qarşılaşması “Səbail” üçün ilklə əlamətdar olub. Debütant yüksək dəstədə özünün ilk heç-heçəsinə imza atıb – 0:0.

Bu turadək cari mövsüm aktivində bərabərlik olmayan yeganə komanda olan Samir Əliyevin yetirmələri özünün 12-ci matçında 1 xal qazanıb. Bunadək 4 qələbə və 7 məğlubiyyəti olan bakılılar 11 matçlıq heç-heçəsizliyə son qoyub.

Azərbaycan çempionatları tarixində ən uzun heç-heçəsiz oyunlar seriyası “Şəfa”ya məxsusdur. Paytaxt klubu 1996-98-ci illərdə texniki nəticələr sayılmadan ardıcıl 51 dəfə ya qalib gəlib, ya da uduzub. “Şəfa” Azərbaycan yığması (U-18) adı altında çıxış etdiyi 1997/98 mövsümünü bərabərliksiz başa vurub.


oxunma sayı: 120 | Paylaş:




?>