')

Bu gün:


FutbolPress.Az | Üç “bolşe” ilə yenilənən rekord

Üç “bolşe” ilə yenilənən rekord


oxunma sayı: 309 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının XIII turu rekordla əlamətdar olub. Keçirilən 4 qarşılaşmada 16 qol vurulub. Orta məhsuldarlıq 4-ə bərabər olub.
 
Bununla da, mövsümün rekordu yenilənib. Arxada qalan 12 turun yalnız ikisində orta məhsuldarlıq 3 və ya daha yüksək idi. I və XII turlarda keçirilən 4 matçda 13 qol vurulmuşdu və bu göstəricilər rekord sayılırdı.

Həmin rekordların yeniləndiyi XIII turda “Qəbələ” səfərdə “Kəpəz”i 6:1 darmadağın edibsə, “Neftçi” “Keşlə”yə 3:1, “Qarabağ” “Zirə”yə 3:2 qalib gəlib. 3 “bolşe”nin qeydə alındığı turda qolsuz başa çatan yeganə qarşılaşma “Sumqayıt”la “Səbail” arasında keçirilib. 16 qolun 6-nı meydan sahibləri vurubsa, 10 dəfə qonaqlar bu sevinci yaşayıb.
 
Arxada qalan 13 turun 51 oyununda 128 top vurulub və orta məhsuldarlıq 2,51-ə bərabər olub.

Müqayisə üçün qeyd edək ki, bu, keçən mövsümün orta məhsuldarlığından daha yüksək göstəricidi. 2016/17 mövsümündə yekun orta məhsuldarlıq 2,41 təşkil edib.
 

tur qol oyun məhsuldarlıq
I 13 4 3,25
II 6 4 1,50
III 8 4 2,00
IV 8 3 2,67
V 11 4 2,75
VI 11 4 2,75
VII 6 4 1,50
VIII 10 4 2,50
IX 6 4 1,50
X 9 4 2,25
XI 11 4 2,75
XII 13 4 3,25
XIII 16 4 4
Cəmi 128 51 2,51


"FutbolPress" 


oxunma sayı: 309 | Paylaş:




?>