TPL: 13-cü turu neçə azarkeş izlədi?
Paylaş:
Topaz Premyer Liqasında XIII turu stadiondan izləyən azarkeş sayı bəlli olub.
Turun rekordu Gəncədə qeydə alınıb. 8500 azarkeş şəhər stadionunda “Kəpəz”in “Qəbələ”yə tarixi ərzində ən acı ev məğlubiyyətinin (1:6) canlı şahidi olub.
“Zirə” ilə “Qarabağ” arasındakı mərkəzi oyunu (2:3) 1200 tamaşaçı izləyib. “Neftçi” - “Keşlə” matçı (3:1) isə ən az fanat yığan qarşılaşma olub. Bu oyunu cəmi 600 tamaşaçı izləyib.
Sumqayıtda eyniadlı komanda ilə “Səbail”in qarşılaşmasını (0:0) isə 1326 azarkeş tribunalardan izləyib.
Ümumilikdə, turun 4 oyununu 11626 azarkeş izləyib ki, bu da, orta hesabla hər oyuna 2907 tamaşaçı deməkdi.
| Paylaş: