')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"dən 25-ci böyükhesablı qələbə

"Qəbələ"dən 25-ci böyükhesablı qələbə


oxunma sayı: 92 Paylaş:

FutbolPress"Qəbələ" Topaz Premyer Liqasının XIII turunda səfərdə "Kəpəz"i darmadağın edib - 6:1.

Gəncədə qazanılan nəticə “qırmızı-qaralar”ın tarixində 45-ci, Premyer Liqada 25-ci böyükhesablı qələbə olub. “Qəbələ” səfərdə 17-ci belə uğura imza atıb ki, onlardan 11-i Premyer Liqaya təsadüf edib.

“Qəbələ” tarixində 8-ci dəfə bir oyunda 6 və ya daha çox qol vurub. Həm də 5 və ya daha çox fərq qeydə alınan matçlardan 3-ü səfərdə baş tutub. Premyer Liqada 4 belə qələbəsi olan “Qəbələ” 3-cü dəfə rəqib meydanında qalib gəlib. Ümumiyyətlə, daha böyük fərqli qələbələri olan “qırmızı-qaralar” ilk dəfə 5 top fərqilə üstün olub.

11.11.2007. “Gənclərbirliyi” – “Qəbələ” – 0:6
04.10.2015. “Qəbələ” – “Xəzər Lənkəran” – 6:0
10.09.2016. “Neftçi” – “Qəbələ” – 0:8
25.11.2017. “Kəpəz” – “Qəbələ” – 1:6.


oxunma sayı: 92 | Paylaş:




?>