')

Bu gün:


FutbolPress.Az | Miçel stadiondan narazıdı: "Normal ot örtüyü olsaydı..."

Miçel stadiondan narazıdı: "Normal ot örtüyü olsaydı..."


oxunma sayı: 480 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında XIII turun "Zirə" - "Qarabağ" (2:3) oyunundan sonra  qonaq komandanın futbolçusu Miçel jurnalistlərin suallarını cavablandırıb.

- "Çelsi"yə məğlubiyyətdən sonra komandada atmosfer necədi?
- Bu gün komandanın atmosferində heç bir problem yoxdu. Hər şey yaxşıdı. "Çelsi" qarşısındakı məğlubiyyətə gəldikdə, böyük komanda qarşısında azlıqda oynadıq. Bir neçə şübhəli hakim qərarı da oldu. Artıq hər şey geridə qalıb və komanda bu oyuna tam hazır idi. Əsas odu ki, qələbə qazandıq və 3 xalı hesabımıza yazdıra bildik.

- Həqiqətənmi "Çelsi" ilə oyunda hakim "Qarabağ"ın mümkün qələbəsini əlindən aldı?
- Deməzdim. Düşünümrəm ki, hansısa qərar qəsdən verilib. Hakim qərarları bəzən leyhimizə, bəzən əleyhimizə ola bilir. Ümumilikdə götürdükdə, oyunu 2 yerə bölmək olar: 11 nəfərlə oynadığımız hissə və 10 nəfərlə oynadığımız hissə. Həmçinin hava və yorğunluq da öz sözünü deyirdi. Son vaxtlar ardıcıl oyunlar keçirdik və bərpa üçün kifayət qədər vaxt olmadı. Nəzərə alaq ki, həmin oyunların əksəriyətini 10 nəfərlə keçirmişik. Ümumilikdə öz oyunumuzdan arzı qaldıq.

-Bu gün komandalar hər ikisi aqressiv görünürdü...
- Hər iki komanda qalib gəlmək istəyirdi. Normal ot örtüyü olsaydı, belə olmazdı. Meydanın balaca və sintetik olması da oyunu gərginləşdirirdi.

- Çempionlar lLiqasındakı oyununa görə Dino Ndlovu Rumıniya klubunun maraq dairəsinə düşüb. Bəs sənə hansısa klubdan təklif gəlibmi?
- Xeyr. "Qarabağ"la müqaviləm var. Buna görə də nəsə danışmaq istəmirəm.


oxunma sayı: 480 | Paylaş:




?>