')

Bu gün:


FutbolPress.Az | Ruslan Qurbanov: "Biz yalnız çempionluğu düşünürük"

Ruslan Qurbanov: "Biz yalnız çempionluğu düşünürük"


oxunma sayı: 232 Paylaş:

FutbolPress"Qəbələ" son üç turda qələbə qazanır. Bu dəfə "Kəpəz"i yenən (1:6) "qırmızı-qaralar" çempionluq mübarizəsində inamla irəliləyir. Bu mövsüm daha fəal olan Ruslan Qurbanovla söhbətləşdik.

- Oyunu qısaca necə dəyərləndirərdin?
- Çox istəyib, istəyimizə artıqlamasıyla çatdıq. Həm də öz meydanımızdakı acı məğlubiyyətin əvəzini çıxdıq.

- Ardıcıl qələbələrin ardı gələcəkmi?
- Bununçün bizə qarşılaşacağımız rəqiblərdən başqa heç nə mane olmur.

- Növbəti tur doğma meydanda yaxşı vəziyyətdə olmayan "Keşlə"ni qəbul edəcəksiniz. Həmin tur çempionluq yolunda ən ciddi rəqibiniz "Qarabağ" "Neftçi" ilə oynayacaq. Ondan sonrakı tur isə bir-birinizlə qarşılaşacaqsız. Demək olarmı, qarşıdakı iki tur çempionluq yolunda ən əhəmiyyətli perioddur?
- Bəli, razıyam. Həmin oyunlarda da xal itirməsək, böyük üstünlük olacaq. Ancaq biz "Qarabağ"ın nə edəcəyini düşünmürük. Biz yalnız çempionluğu düşünürük.

- VI turda Stiven Monrozla aranızda mübahisə olmuşdu...
- Xoş olmayan heç nəyi yadda saxlamıram. Komandanın daxili ab-havası çox yaxşıdır. Bizə qələbələr lazımdır. Bunu düşünürük.

Elçin Cəlilov


oxunma sayı: 232 | Paylaş:




?>