')

Bu gün:


FutbolPress.Az | Asif Məmmədov : "Qəbələ"də xoşbəxtəm"

Asif Məmmədov: "Qəbələ"də xoşbəxtəm"


oxunma sayı: 187 Paylaş:

FutbolPress13-cü turun "Kəpəz"  -  "Qəbələ" matçı mövsümün ən məhsuldar qarşılaşması kimi fərqləndi - 1:6. Bundan əvvəlki dövrədə doğma meydandakı uğursuz nəticənin əvəzini çıxmaqçün əlindən gələni edən "qırmızı-qaralar" bunu artıqlamasıyla bacardı. Asif Məmmədov hesab edir ki, böyükhesalı qələbə məhz əvəz çıxmaq istəyinin nəticəsi idi: "Öz meydanımızdakı oyunda gözlənilməz nəticə (0:2) bizə çox pis təsir eləmişdi. Bu dəfə əlimizdən gələni eləməyə çalışdıq ki, o məğlubiyyəti azarkeşlərimizə unutduraq. İlk dəqiqə qolu da bunda böyük rol oynadı. Xətlər arasındakı əlaqə yaxşı idi".

Məmmədovun istəyi "Qəbələ"də davam etməkdir: "Qəbələ"də xoşbəxtəm. Nə qədər formda olaramsa, o qədər karyeramı burda davam etdirmək istərdim. Bu il ölkə çempionu olub, azarkeşlərimizi sevindirmək istəyirik. Elə bilirəm ki, getdikcə hər şey daha yaxşı olur. Bu da utduğumuz yolda bizə kömək edəcək".

"FutbolPress"


oxunma sayı: 187 | Paylaş:




?>