Sumqayıtda sülh, "Qarabağ"dan növbəti qələbə
Paylaş:
Bu gün Topaz Premyer Liqasında XIII tura yekun vurulub. İkinci oyun günündə daha iki görüş baş tutub.
Əvvəlcə “Sumqayıt” və "Səbail" münasibətlərinə aydınlıq gətirib. Görüşdə qalib müəyyənləşməyib - 0:0. B u nəticə ilə meydan sahibləri yenidən 4-cü pilləyə qayıdıb.
Turun son matçı isə mərkəzi xarakter daşıyıb. Lider "Qarabağ" səfərdə əsas izləyicilərindən "Zirə"ni sınağa çəkib. Ağdam klubu 3:2 hesabıyla qalib gələrək liderliyini qoruyub.
Topaz Premyer Liqası
XIII tur
26 noyabr (bazar)
16:00. “Sumqayıt” – “Səbail” 0:0
Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Vüsal Əliyev
Sumqayıt şəhər stadionu
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 6. Kamal Mirzəyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 13. Bəhlul Mustafazadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 90. Ramil Həsənov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 11. Ehtiram Şahverdiyev, 17. Fərid Kərimzadə, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 39. Tural Bayramlı
Baş məşqçi: Samir Abasov
“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 11. Elman Taqayev, 17. Vüqar Nadirov (k), 18. Adrian Popoviçi, 23. Ayron Stati, 26. Kamal Qurbanov, 66. Pərviz Qaraxanov, 88. Orxan Qurbanlı, 99. Maudo Jarjue
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 4. Amit Quluzadə, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 14. Yamin Ağakərimzadə, 69. Renan Telles, 77. Təyyar Məmmədov, 98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev
18:00. “Zirə” – “Qarabağ” 2:3
Qol: Vüsal İsgəndərli, 51, Riçard Qadze, 67 - Riçard Almeyda, 21, Dino Ndlovu, 26, Mahir Mədətov, 62
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov
Zirə İdman Kompleksinin stadionu
“Zirə”: 85. Kamal Bayramov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 8. Milan Duriç, 11. Viktor İqbekoyi, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 74. Yusif Nəbiyev
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 9. David Manqa, 13. Aleksandr Şemonayev, 17.Vüsal İsgəndərli, 19. Elgün Nəbiyev, 21. Murad Səttarlı, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 57. Kənan Zülfüqarov, 87. Müşfiq İlyasov, 99. Nicat Qurbanov
Baş məşqçi: Ayxan Abbasov
“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 99. Dani Kintana
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 70. Nicat Süleymanov, 77. Donald Qerye, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
| Paylaş: