')

Bu gün:


FutbolPress.Az | "Әsәbimdәn partlayırdım" - Kamran Abdullazadə

"Әsәbimdәn partlayırdım" - Kamran Abdullazadə


oxunma sayı: 505 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının XIII turunda "Qәbәlә" ilə matçdakı böyükhesablı mәğlubiyyәt (1:6) vә bәrbad oyun "Kəpəz"in futbolçusu Kamran Abdullazadәnin әsәblәrinә toxunub. "Xәzәr Lәnkәran"ın yetirmәsi olan Kamran oyundan sonra "FutbolPress"ә açıqlamasında hiss vә hәyәcanını ifadә elәdi:

"Meydana əvәzetmәdәn daxil oldum vә çox çalışdım ki, nәyisә dәyişmәyimizdә әmәyim olsun. Ancaq baş mәşqçi Yunus Huseynovun mәnә olan etimadını doğrulda bilmәdim. Hәr yana qaçırdım. İstәyirdim ki, topu itirmәyim, faydalı paslar verim. Ancaq elә bil bizdә heç nә alınmırdı. "Qәbәlә" çox güclü komandadı. Ancaq biz bu hesabla uduzmamalı idik. Niyә belә oldu, hәlә bilmurәm. Әsәbimdәn partlayırdım. Hәr qol buraxanda meydanda qalmaqdan utanırdım. Ancaq belә getmәyәcәk. Biz Yunis müәllimlә birlikdә inkişaf edәcәyik. "Kәpәz"in azarkeşlәrindәn úzr istәyirәm. Daha belә olmayacaq".


oxunma sayı: 505 | Paylaş:




?>