')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"a çatmağımız realdı" - Asif Məmmədov

"Qarabağ"a çatmağımız realdı" - Asif Məmmədov


oxunma sayı: 182 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında XIII turun "Kəpəz" - "Qəbələ" (1:6) oyunundan sonra qonaq komandanın futbolçusu Asif Məmmədov jurnalistlərin suallarını cavablandırdı...

- Matçla bağlı fikirlərin...
- Gəncədə oyunlarımız hər zaman ağır keçib. Bu stadiondan xal almaq çətin idi. Ona görə də çox ciddi hazırlaşmışdıq. Bu hazırlıq öz bəhrəsini vedi.

- Hesabın belə böyük olacağını gözləyirdiz?
- Sözün açığı, belə hesab gözləmirdik. Qalib gələcəyimizə inanırdıq, amma bu nəticə bizi də təəccübləndirdi.

- Birinci dövrədə "Kəpəz"ə 2:0 uduzmuşduz. Bu necə olmuşdu?
- Futboldu, nə olacağını əvvəldən demək çətindir. Həmin vaxt oyunumuz alınmamışdı. Bəlkə də meydana çox rahat çıxdığımız üçün elə olmuşdu.

- Gəncə stadionunun köhnə halı olsaydı, oyun daha çətin olarımı?
- Məncə hə. Hazırkı meydança sözün əsl mənasında ən yaxşılardan biridi.

- Səncə, "Qarabağ" a çatmaq real görünür?
- Əlbəttə ki, realdı. Buna az qalıb. Ancaq əvvəlcə "Zirə"ni keçməliyik. Hələ qarşıda 15 oyun var.

- "Zirə" - "Qarabağ" oyununda hansı nəticəni arzulayardın...
- Biz digər oyunlara baxmırıq. İstərdik ki, "Qəbələ"yə sərf edən nəticə qeydə alınsın.


oxunma sayı: 182 | Paylaş:




?>