')

Bu gün:


FutbolPress.Az | Mövsümün ən məhsuldar oyunu və ən böyük hesabı

Mövsümün ən məhsuldar oyunu və ən böyük hesabı


oxunma sayı: 168 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında XIII tura start verilib. Açılış oyununda "Kəpəz" doğma meydanda "Qəbələ" ilə qarşılaşıb. Görüş qonaqların böyük hesablı qələbəsiylə başa çatıb - 6:1.

Bu, həm mövsümün ən məhsuldar, həm də ən böyük fərqlə başa çatan qarşılaşması olub. İndiyə qədər heç bir matçda 7 qol vurulmamışdı və heç bir komanda 5 top fərqli qələbə qazana bilməmişdi.

Əvvəlki 12 tur üçün ən yüksək məhsuldarlıq 5 top sayılırdı ki, 4 qarşılaşmada bu qədər qol vurulub. "Qəbələ"yə qədərki ən böyük hesablı qələbəni isə "Neftçi" qazanıb. "Ağ-qaralar" 8-ci turda "Səbail"lə səfər matçında 4 top fərqiylə üstün olub - 4:0.


oxunma sayı: 168 | Paylaş:




?>