')

Bu gün:


FutbolPress.Az | TPL: XIII turu buraxacaq 8 cəzalı

TPL: XIII turu buraxacaq 8 cəzalı


oxunma sayı: 207 Paylaş:

FutbolPressBu gün Topaz Premyer Liqasında XIII tura start veriləcək. 8 futbolçu cəza səbəbindən bu turun oyunlarını buraxacaq. Onlardan ikisi qırmızı vərəqəyə görə, altısı isə sarı vərəqə limitini doldurduğu üçün meydana çıxa bilməyəcək.

“Sumqayıt”dan Bəxtiyar Həsənəlizadə, Vüqar Bəybalayev və Xəyal Nəcəfov ötən tur mövsümdə 4-cü dəfə xəbərdarlıq görüb və “Səbail”lə ev matçında komandaya kömək edə bilməyəcək. Bu qarşılaşmaya Bakı klubu da itki ilə çıxacaq. Ötən tur 4-cü dəfə cəzalanan Elton Yaqublu səfər oyununu buraxacaq.

Açılış oyununda "Qəbələ" ilə qarşılaşacaq "Kəpəz"də Dedimar Ferreyra qırmızı, Şəhriyar Rəhimov isə sarı vərəqələr üzündən oynamayacaq.

Son çempion “Qarabağ”ın da itkisi var. Qırmızı vərəqəyə görə 3 oyun cəza alan İbrahim Şehiç "Zirə" ilə görüşü kənardan izləyəcək.

“Neftçi”dən isə Anton Krivotsyuk cəzalıdı. Sarı vərəqə limitini dolduran müdafiəçi "Keşlə"yə qarşı oynamayacaq.


oxunma sayı: 207 | Paylaş:




?>