')

Bu gün:


FutbolPress.Az | "Kəpəz" - "Qəbələ": 18-ci duel

"Kəpəz" - "Qəbələ": 18-ci duel


oxunma sayı: 91 Paylaş:

FutbolPressBu gün Topaz Premyer Liqasında XIII tura start veriləcək. Turun ilk qarşılaşması Gəncədə keçiriləcək. “Qəbələ” səfərdə “Kəpəz”in qonağı olacaq.

Bu qarşılaşma rəqiblərin 18-ci dueli olacaq. İndiyədək yalnız Premyer Liqa çərçivəsində üz-üzə gələn komandalar 17 dəfə görüşüb. İlk dəfə 2011/12 mövsümündə qarşılaşan rəqiblərin əvvəlki duellərində “Qəbələ” və “Kəpəz” hərəyə 6 dəfə qələbə qazanıb. Digər 5 matçda qalib müəyyənləşməyib. Top fərqində minimal üstünlük Gəncə klubunun tərəfindədir - 16:15.

Hər iki komanda öz meydanındakı görüşlərdə daha yaxşı nəticələr qazanıb. “Qəbələ” səfərdə 1 dəfə qalib gəlibsə, 3 dəfə bərabərliklə kifayətlənib və
4 dəfə meydanı xalsız tərk edib. Rəqib meydanında 4 qolu olan "Qəbələ" öz qapısından 10 top buraxıb.


oxunma sayı: 91 | Paylaş:




?>