')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"dən darmadağın, "Neftçi" qələbə qazandı

"Qəbələ"dən darmadağın, "Neftçi" qələbə qazandı


oxunma sayı: 373 Paylaş:

FutbolPressBu gün Topaz Premyer Liqasında XIII tura start verilib. İlk gündə iki görüş baş tutub.
 
Açılış oyunu Gəncədə keçirilib. Çempionatın autsayderi “Kəpəz” “Qəbələ”ni qəbul edib. Görüş Yunis Hüseynovun Gəncə təmsilçisinin baş məşqçisi postunda debütü ilə əlamətdar olub.

Qarşılaşma "Qəbələ"nin böyük hesablı qələbəsiylə başa çatıb - 6:1. Bununla "qırmızı-qaralatr" azı bir günlük 2-ci pilləyə yüksəlib.

Günün ikinci oyunu paytaxtda keçirilib. Ardıcıl 4 qələbədən sonra 2 məğlubiyyətlə üzləşən “Neftçi” “Keşlə”ni sınağa çəkib. TTərlan əhmədovun komandası bu görüşlə uğursuzluğa son qoymağı bacarıb. Matç meydan shaib lərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.
 
Topaz Premyer Liqası
XIII tur
25 noyabr (şənbə)
 
“Kəpəz” – “Qəbələ” 1:6
Qollar:
Kərim Diniyev, 56 - Baqali Dabo, 1, 54, Cozef Monroz, 15, Famussa Kone, 40, 78, Ruslan Qurbanov, 65

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu

“Kəpəz”: 1.Davud Kərimi, 4. Şəhriyar Əliyev (k), 21. Novruz Məmmədov, 15. Azad Kərimov, 18. Tural Cəlilov, 5. Kərim Diniyev, 12. İlyas Səfərzadə, 10. Tural Rzayev, 16. Azər Məmmədov, 24. Məhəmməd Qurbanov, 9. İlkin Sadıqov
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 20. Samba Dialo, 7. Sergey Çernişev, 6. Ceyhun Cavadov, 19. Aydın Qasımov, 11. Kamran Abdullazadə, 26. Ba Mansur Aladji, 17. Əli Səmədov, 2. Yusif Cəfərov
Baş məşqçi: Yunis Hüseynov
 
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 28. Stiven Monroz, 34. Urfan Abbasov (k), 45. Famussa Kone
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 6. Elvin Məmmədov, 12. Endi Hallidey, 17. Roman Hüseynov, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 29. Hacıağa Hacıyev, 70. Ülvi İsgəndərov, 88. Tellur Mütəllimov, 90. Ekiqo Ehiosun
Baş məşqçi: Roman Qriqorçuk
 
“Neftçi” – “Keşlə” 3:1
Qollar:
Mirabdulla Abbasov, 34, İqnasio Errera, 51, Ruslan Abışov, 89 - Adrian Skarlatake, 69

Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Ramil Diniyev
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
8-ci km qəsəbə stadionu

“Neftçi”: 94. Rəşad Əzizli, 15. Ruslan Abışov (k), 25. Kiril Petrov, 21. Məhəmməd Mirzəbəyov, 26. Ömər Buludov, 6. Rəşad Sadiqov, 10. Derlis Meza Kolli, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 11. İqnasio Herrera
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 23. Tərzin Cahangirov, 7. Namiq Ələsgərov, 16. Pavel Dreksa, 12. Daniel Seqovia, 3. Mateo Mujek, 9. Uqo Barqas, 20. Elnur Süleymanov
Baş məşqçi: Tərlan Əhmədov
 
“Keşlə”: 1. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 4. Slavik Alxasov, 7. Mirsahib Abbasov, 39. Əlibəy Məmmədli, 40. Asif Vəliyev, 46. Əsəd Məsimov, 58. Sinan Akkoyun, 66. Murad Qayalı, 77. Oleq Hüseynov, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev, 99. Ricat Qarayev
Baş məşqçi: Ramiz Məmmədov



oxunma sayı: 373 | Paylaş:




?>