')

Bu gün:


FutbolPress.Az | "Kəpəz" "Qəbələ" önünə 3 itki ilə çıxacaq

"Kəpəz" "Qəbələ" önünə 3 itki ilə çıxacaq


oxunma sayı: 100 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının XIII turunda “Qəbələ”ni qəbul edəcək “Kəpəz” dünən Nizami yurduna gedib. Otelə yerləşib nahar edən komanda üzvləri müəyyən istirahətdən sonra matçın keçiriləcəyi Gəncə şəhər stadionuna yollanıb. Komandanın son hazırlığı məhz adı çəkilən arenanın əsas meydançasında olub. Azarkeşlər və mətbuat nümayəndələrinin maraq göstərdiyi açıq məşq təxminən 50 dəqiqə davam edib.

"Qəbələ" ilə oyun öncəsi “Kəpəz”in heyətində itkilər var. Müdafiəçilər Dedimar Fereyra və Şəhriyar Rəhimov cəzalıdır. Bununla belə kapitan Rəhimov Gəncəyə gələrək məşq prosesində iştirak etməklə komanda yoldaşlarına dəstəyini nümayiş etdirib.

Viktor Oseqeyl isə zədəli olduğundan qarşıdakı görüşdə forma geyinə bilməyəcək. Oseqeyldən fərqli ayağında müəyyən ağrıları olan Məhəmməd Qurbanov özünü yaxşı hiss edir.

Bu gün keçiriləcək “Kəpəz” – “Qəbələ” matçı saat 14:30-da başlayacaq. Qeyd edək ki, bu qarşılaşma Yunis Hüseynovun gəncəlilərin baş məşqçisi postunda ilk oyunu kimi tarixə düşəcək. Hüseynov məşqçi karyerası ərzində həm də ilk dəfə futbolçu kimi şərəfini qoruduğu komandaya başçılıq edəcək.


oxunma sayı: 100 | Paylaş:




?>