')

Bu gün:


FutbolPress.Az | Tərlan Əhmədov özünü hədəfə gətirir

Tərlan Əhmədov özünü hədəfə gətirir


oxunma sayı: 708 Paylaş:

FutbolPress"Qəbələ"yə qarşı məğlubiyyət (2:3) "Neftçi" rəhərliyini narazı  salıb. Ancaq komandadan, baş məşqçidən yox, oyunun baş hakimi Əliyar Ağayevdən. İddia edirlər ki, Ağayevin yanlışı səbəbindən məğlub olublar, əks halda, qalib gələ bilərdilər.

Baş məşqçi Tərlan Əhmədov da narazıdır. Ancaq hakimlikdən çox komandanı formalaşdıran məşqçilərdən...

Ondan əvvəl bu işi Elxan Abdullayev görmüşdü. Abdullayev getsə də, köməkçiləri Novruz Əzimovla İqor Getman Əhmədova "köməkçilik" edirlər. Qəhrəmanımızın narazılığı isə buradək komandanı formalaşdıran məşqçilər korpusunun nasaz işindən narazıdır.

Onun təyinatından sonra "Neftçi" son 3-4 ildə ilk dəfə uğurlu silsilə yaxaladı. Ardıcıl dörd qələbə, dəyişən oyun üslubu, komanda nizam-intizamı və s.

Hər qələbədən sonra Əhmədov haçansa boşluqların üzə çxacağını da həmişə bildirib. "Zirə"yə məğlubiyyət (0:1), daha sonra "Qəbələ"yə. Və baş məşqçi sərt formada keçmiş məşqçiləri günahlandırır.

Əhmədovun çatışmayan cəhəti budur. O, açıqfikirli, sözü birbaşa deyən biri kimi hörmət qazanıb. Ancaq "nəyi demək olmaz", "desəm də, deməsəm də, nəyisə dəyişən deyil deməyim" məqamını bilmir. İndiki halda yenidən keçmiş məşqçi məsələsini qurdalamaq, qabartmaq artıq başağrısı olacaq.

Bunadək Elxan Abdullayev Əhmədova bir neçə dəfə cavab qaytarıb, ancaq haqsız tərəf kimi görünüb. Bu dəfə artıq haqlı görünə bilər. Çünki Əhmədov özü situasiyanı "qaşıdı".

Öz komandasını formalaşdırmaq istəyən baş məşqçi bunu da birbaşa deməlidir. Məsələn, hazırkı köməkçi məşqçiləri istəmirsənsə, o biri fikirlər kimi bunu da açıq bildirmək olar. Yaxud, Elnur Cəfərovun U-21-dəki qalmaqalına görə komandanın əvəzedici heyətinə uzunmüddətli göndərilməsi - bu, cəza deyil, Cəfərovu çıxdaş eləmək cəhdidir. İddialara görə, Əhmədov onu onsuz da görmək istəmirdi. Guya Cəfərov 6 min manat məvacib alırmış və bu, çoxdur. Belədə U-21 məqamı Əhmədov üçün əslində bəhanə olur. Özünün də dediyi kimi, qalmaqaldan dərhal sonra onun "Neftçi"də də cəzalandırılmasına göstəriş verdim. Bu qədər tələskənlik? Cəzalandırandan sonra məsələni araşdırmaq?

Bir az rabitə uyğunsuzluğu var məsələlər arasında. Əhmədovun erudisiyasına hörmətimiz var. Ancaq bir qədər diqqətli olmaq vacibdir. Bu olanlar onu hədəfə gətirir. Haqsız olduğu hədəfə...


oxunma sayı: 708 | Paylaş:




?>