')

Bu gün:


FutbolPress.Az | "Ədalətli hakimlik olsa, qalib gələ bilərdik" - Orxan Hüseynzadə

"Ədalətli hakimlik olsa, qalib gələ bilərdik" - Orxan Hüseynzadə


oxunma sayı: 568 Paylaş:

FutbolPress"Neftçi”nin prezidenti Orxan Hüseynzadə klubun rəsmi saytına açıqlama verib.

Klub prezidenti Topaz Premyer Liqasının XII turunda keçirilmiş "Neftçi” – "Qəbələ” (2:3) matçında şübhəli hakim qərarlarına münasibət bildirib:

"Hakimlər briqadasının səhvləri dünənki oyunun nəticəsinə təsir etdi. Biz məğlubiyyətə layiq deyildik, ədalətli hakimlik olsa qələbə qazana bilərdik. Bəli, hamı səhv edə bilər. Amma ölkənin ən yaxşı referisinin başçılıq etdiyi hakimlər briqadası bütün oyun ərzində bir komandanı "öldürürsə” bu şübhələr yaradır. Əliyar Ağayev və köməkçiləri 2 metr məsafədən bütün stadionda olan adamların gördüyünü görmədilər? Hakimləri bilərəkdən komandamıza antipatiya bəsləməkdə ittiham etmək istəmirəm. Amma istənilən halda onların səhvləri nəticəyə təsir etdi. Yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu videotəkrarlardır. Burada söhbət bahalı avadanlıqdan getmir. Hər klub hakimlər briqadasını 4-cü hakimin mövqeyinin yaxınlığında sadə monitorla təmin edə bilər. Bu, hakim səhvi ehtimalını yox edəcək”.


oxunma sayı: 568 | Paylaş:




?>