')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" - "Çelsi" oyununa gedəcək azarkeşlərə şad xəbər

"Qarabağ" - "Çelsi" oyununa gedəcək azarkeşlərə şad xəbər


oxunma sayı: 107 Paylaş:

FutbolPressUEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Çelsi” oyununu izləyəcək azarkeşlərin qarşılaşma bitdikdən sonra daşınması ekspress xətt avtobusları ilə həyata keçiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilir ki, ekspress xətt avtobusları Bakı Olimpiya Stadionun ərazisindən 3 istiqamətdə metronun “Qara Qarayev”, “20 yanvar” və “28 may” stansiyaları istiqamətində hərəkət edəcək.

“Ekspress xətt avtobuslarından istifadə edəcək tamaşaçılar oyundan sonra stadionun şimal çıxışı istiqamətində (Böyük Şor gölünə doğru olan körpü) hərəkət etməlidirlər. 

Bundan başqa, Bakı Olimpiya Stadionuna şəxsi avtomobili ilə gələn tamaşaçılara nəqliyyat vasitələrini İctimai Nəqliyyat Terminalında park etmələri tövsiyə olunur.


oxunma sayı: 107 | Paylaş:




?>