"Qarabağ" - "Çelsi": hakimlər açıqlandı
Paylaş:
Çempionlar Liqasının qrup mərhələsinin V turunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyununun hakimləri açıqlanıb. UEFA bu qarşılaşmanı portuqallara həvalə edib.
Matçın baş hakimi Manuel De Souza olacaq. Ona yan xətlərdə Alvaro Meskita və Rikardo Santos kömək edəcək.
Əlavə köməkçi hakimlər Fabio Verisimo və Migel Branko olacaq. Dördüncü hakim funksiyasını isə Nuno Pereyra icra edəcək.
Noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyununun start fiti 21:00-da səslənəcək.
| Paylaş: