')

Bu gün:


FutbolPress.Az | TPL: Mövsümün rekordu təkrarlandı

TPL: Mövsümün rekordu təkrarlandı


oxunma sayı: 157 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının XII turu rekordla əlamətdar olub.

Keçirilən 4 qarşılaşmada 13 qol vurulub. Orta məhsuldarlıq 3,25-ə bərabər olub. Bununla da mövsümün rekordu təkrarlanıb. Arxada qalan 11 turda yalnız ilk turda məhsuldarlıq 3 və ya daha yüksək idi. I turda da keçirilən 4 matçda da 13 qol vurulmuşdu.

Həmin rekordun təkrarlandığı XII turda “Qarabağ” “Sumqayıt”ı 2:0 yenibsə, “Keşlə” “Zirə”yə 0:1, “Kəpəz” “Səbail”ə, “Neftçi” “Qəbələ”yə eyni – 2:3 hesabı ilə uduzub. Maraqlıdır ki, rekordun qeydə alındığı ilk turda da, bunun təkrarlandığı XII turda da toplardan 6-nı meydan sahibləri, 7-ni qonaqlar vurub.

Arxada qalan 12 turun 47 oyununda 112 top vurulub və orta məhsuldarlıq 2,38-ə bərabər olub.
 

tur qol oyun məhsuldarlıq
I 13 4 3,25
II 6 4 1,50
III 8 4 2,00
IV 8 3 2,67
V 11 4 2,75
VI 11 4 2,75
VII 6 4 1,50
VIII 10 4 2,50
IX 6 4 1,50
X 9 4 2,25
XI 11 4 2,75
XII 13 4 3,25
Cəmi 112 47 2,38
 


oxunma sayı: 157 | Paylaş:




?>