')

Bu gün:


FutbolPress.Az | Premyer Liqa: XII turu neçə azarkeş izlədi?

Premyer Liqa: XII turu neçə azarkeş izlədi?


oxunma sayı: 388 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının XII turunu stadiondan izləmiş azarkeş sayı məlum olub.

Ən yüksək göstərici Gəncədə qeydə alınıb. “Kəpəz”in “Səbail”ə uduzduğu (2:3) oyunu 9300 tamaşaçı tribunalardan izləyib.

Ən az azarkeş isə “İnter Arena”da olub. 1750 nəfər “Zirə”nin “Keşlə” üzərində minimal hesablı qələbəsinin canlı şahidi olub.

Bakı Olimpiya stadionunda keçirilmiş “Qarabağ” - “Sumqayıt” görüşünü (2:0) 2000, “Bakcell Arena”dakı “Neftçi” - “Qəbələ” qarşılaşmasını (2:3) isə 2500 azarkeş tribunalardan izləyib.

Ümumilikdə, turun 4 oyununda 15550 azarkeş qeydə alınıb. Bu da, hər oyuna orta hesabla 3887 tamaşaçı deməkdi.



oxunma sayı: 388 | Paylaş:




?>