')

Bu gün:


FutbolPress.Az | Kehill "Qarabağ"la oyun haqda: "Hər şey öz əlimizdədi"

Kehill "Qarabağ"la oyun haqda: "Hər şey öz əlimizdədi"


oxunma sayı: 257 Paylaş:

FutbolPress"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Çelsi"nin kapitanı Qari Kehill açıqlama verib. Təcrübəli müdafiəçi komandanın son zamanlar yaxşı çıxışı haqda danışıb.

O, "Roma"ya 3:0 hesablı məğlubiyyətdən sonra "Çelsi"nin artıq özünə gəldiyini bildirib:

"Roma"ya məğlubiyyət qəbuledilməz idi. Güzgüyə baxdıqda performansımızdan utanırdıq. Ancaq daha sonra Premyer Liqada 4 qələbə qazandıq. İndi hər şey yaxşıdı".

Kehill "Qarabağ"la oyun barədə də fikirlərini bildirib. O, növbəti mərhələ üçün hər şeyin öz əllərində olduğunu söyləyib:

"Yaxşı sürət yığmışıq və indi Çempionlar Liqasına qayıdırıq. Bilirik ki, bizə qələbə lazımdır. Növbəti mərhələyə vəsiqə üçün bu, vacibdi. Biz özümüzə inanmalıyıq. Hər şey öz əlimizdədi".

Noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" görüşü saat 21:00-da başlayacaq.


oxunma sayı: 257 | Paylaş:




?>