')

Bu gün:


FutbolPress.Az | Renatla Murad 6 qola üzüldülər

Renatla Murad 6 qola üzüldülər


oxunma sayı: 88 Paylaş:

FutbolPressAlmaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb.

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun və U-19 millimizin üzvü Murad Mahmudovun formasını geyindiyi Frankfurt təmsilçisi 12-ci tur çərçivəsində səfərdə “Unterhaxinq”lə qarşılaşıb. 8 qolun vurulduğu oyunda frankfurtlular böyük hesabla uduzublar - 2:6.

Futbolçularımız da bu matçın iştirakçısı olublar. Onların hər ikisi meydana start heyətdə çıxıb və sonadək oynayıblar.

“Ayntraxt” hazırda 15 xalla 14 klub arasında 8-ci pillədə qərarlaşıb.


oxunma sayı: 88 | Paylaş:




?>