Yığma Gürcüstana qalib gəldi
Paylaş:
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.
Komanda Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunmuş təlim-məşq toplanışında ikinci matçda qüvvəsini sınayıb. Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Oyun millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qolunu Umnisə Əliyeva vurub.
Bu komandalar arasında keçirilmiş ilk oyun 2:2 hesabı ilə başa çatıb.
| Paylaş: