')

Bu gün:


FutbolPress.Az | Rüfət Dadaşov "Dinamo"ya qələbə qazandırdı

Rüfət Dadaşov "Dinamo"ya qələbə qazandırdı


oxunma sayı: 437 Paylaş:

FutbolPressAlmaniyanın Şimal-Şərq Regional Liqasında 15-ci turun oyunları keçirilib.

Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) doğma meydanda “Lok Leypsiq”lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:1.

Rüfət də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının qələbəsində də onun böyük payı olub. 28-ci dəqiqədə penaltidən hesabı açan Rüfət matçın 44-cü dəqiqəsində hesabı 2:0 edib.

"Dinamo" hazırda 29 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.


oxunma sayı: 437 | Paylaş:




?>