')

Bu gün:


FutbolPress.Az | Roman Qriqorçuk: "Standart vəziyyətlərdə tüklərimiz biz-biz olur"

Roman Qriqorçuk: "Standart vəziyyətlərdə tüklərimiz biz-biz olur"


oxunma sayı: 273 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında XII turun “Neftçi” – “Qəbələ” (2:3) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi:

- Oyundan razıyıq. Hər şey pozitivdi. Qalib gəldik. Əsas olan da budu. Bu turda ən son görüş idi, rəqiblər bizdən öndə idilər. Ona görə də qələbə çox vacib idi.

- Komandanızda boy üstünlüyü var idi, amma iki qolu künc zərbəsindən buraxdız. Bu, nə ilə bağlı idi?
- Hava mübarizələrində boy rol oynamır. Təbii ki, lap kiçik boyu olan futbolçuları nəzərdə tutmuram. Əsas məsələ mübarizədi. Hava toplarında oynamağı bacarmaq lazımdı. İstərdik ki, yuxarıda daha yaxşı oynayaq. Standart vəziyyətlərdə tüklərimiz biz-biz olur ki, çıxarda biləcəyik, ya yox.

- Monroz qol vurana qədər hansı hissləri keçirirdiz?
- Sonluğu düşünmürdüm. Tabloya baxırdım və görürdüm ki, hələ vaxt çoxdu. Hələ meydanda çox şeyin olacağını bilirdim. Hisslərim analitik idi və düşünürdüm ki, nələri dəyişə biləcəyik.

- Çox erkən əvəzetməyə əl atdız. Elvin Məmmədovun oyununda nədən narazı idiz?
- Cavab verməsəm də düz çıxmır, versəm də. Qola qədər səhv etdi. Standart vəziyyətdə də yaxşı davranmadı. Biz ona tapşırmışdıq ki belə oynamasın, ancaq yenə eyni şeyi etdi. Əvəz olunması cəza kimi deyil. Standart vəziyyətlərdə belə səhvlərin olmaması üçün bu addımı atdıq.

- “Neftçi” ilə ilk dövrədəki oyunla bugünkü arasında hansı fərqlər var?
- Məncə, “Neftçi”də işlərin necə getdiyini müzakirə edə bilmərəm. Həmin vaxt da demişdim ki, bu komanda layiq olduğu yerdə deyil. Bu gün ciddi rəqibə qalib gəldiyimizə sevindik. Bu komanda daha yaxşı ola bilər.

- Qış transfer pəncərəsi üçün hansı planlarınız var?
- Planlarımız kağız üzərindədi. Hələ ki, dəqiq məlumat verə bilmərəm. Çünki heç bir konkret seçimimiz yoxdu. Bəzən planlaşdırılan oyunlar baş tutmur. Ona görə də indidən deyə bilmərik.

- İkinci dövrə sona çatır. Siz ideal hesab etdiyiniz heyətinizi tapmısızmı? Hər hansı mövqeyə yeni oyunçular lazımdımı?
- Hazırda bu barədə məlumat verə bilmərəm. Hələ əsas heyətimiz tam formalaşmayıb. Futbolçuların bəzisi tam adaptasiya olmayıb. Zədə və digər səbəblərdən gözləmədiyimiz şeylər olur. Qış fasiləsindən sonra hər şey aydınlaşacaq.


oxunma sayı: 273 | Paylaş:




?>