')

Bu gün:


FutbolPress.Az | "Neftçi" - "Qəbələ": 41-ci duel

"Neftçi" - "Qəbələ": 41-ci duel


oxunma sayı: 277 Paylaş:

FutbolPressNoyabrın 19-da Topaz Premyer Liqasının XII turuna yekun vurulacaq. Həftənin son oyununda “Qəbələ” “Neftçi” ilə görüşəcək. Bakıda keçiriləcək qarşılaşma “Bakcell Arena”da baş tutacaq. Bu görüş iki komanda arasında 41-ci qarşılaşma kimi tarixə düşəcək. İlk dəfə 2006-cı il sentyabrın 30-da üz-üzə gələn “Qəbələ” və “Neftçi” indiyədək 40 dəfə üz-üzə gəlib. Bunlardan 37-si Premyer Liqa, 3-ü isə Azərbaycan kuboku çərçivəsində keçirilib.

İndiyə qədər baş tutan matçlarda “Qəbələ” 14, “Neftçi” 15 dəfə qalib gəlib. “Qırmızı-qaralar” səfərdən 3 xalla dönsə, qələbə sayında tarazlıq yaranacaq. Rəqiblər 11 dəfə meydandan bərabərliklə ayrılıblar. Top fərqində isə üstünlük “Qəbələ”nin tərəfindədir. 50 qol vuran komanda 49 top buraxıb. “Bakcell Arena”da vurulacaq ilk qol duellərdə yubiley – 100-cü olacaq.

Əvvəlki 40 oyunda “Qəbələ”nin ən yaxşı bombardiri Dodonun hesabında 4 qol var. Aleksey Qay, Baqali Dabo, Lorentso Ebesilio və Yannik Kamanan hərəyə 3 dəfə fərqlənib.
Ölkə kuboku çərçivəsində keçirilən bütün qarşılaşmaların əsas və əlavə vaxtında eyni – 1:1 hesablı bərabərlik qeydə alınıb. Bu üzdən çempionatda da oyunların balansı ciddi dəyişikliyə uğramayıb. Klublar bütün qələbələrini Premyer Liqada əldə edib və 8 heç-heçə ilə ayrılıblar. Premyer Liqada “qırmızı-qaralar” 47 qol vurub və 46-nı buraxıblar.  Kubokda iki dəfə penaltilər seriyası zərurəti yaranıb ki, onların da nəticəsi ümumi balansda nəzərə alınmayıb.

“Qəbələ” rəqib meydanında keçirdiyi 19 matçda 7 dəfə 3 xal əldə edib və eyni sayda məğlubiyyətə üzülüb. Bu matçlardan beşində qalib müəyyənləşməyib. Səfərdə 24 qola sevinən komanda öz qapısında 22 top görüb.


oxunma sayı: 277 | Paylaş:




?>