"Azərbaycanda qrupdan çıxmaq üçün oynayacağıq" - Konte
Paylaş:
"Çelsi"nin baş məşqçisi Antonio Konte Premyer Liqada "Vest Bromviç"lə oyunöncəsi mətbuat konfransı keçirib. O, sözügedən görüşlə yanaşı noyabrın 22-də Bakıda "Qarabağ"a qarçşı Çempionlar Liqası matçı, ardınca "Liverpul"la vacib oyun barədə fikirlərini də bildirib.
Konte bu qarşılaşmalara maksimum hazır olmalı olduqlarını söyləyib:
"Çox yaxşı işləyirik. Bu oyuna tam hazırıq. Əlavə olaraq 8 gün ərzində 3 önəmli matçımız var. "Vest Bromviç"dən sonra Azərbaycanda "Qarabağ"la qrupdan çıxmaq üçün oynayacağıq. İki gün sonra "Liverpul"a qarşı çıxış edəcəyik. Hazır olmalıyıq"
| Paylaş: