')

Bu gün:


FutbolPress.Az | "Çelsi"də problem: Batşuayi oynamayacaq, Morata isə...

"Çelsi"də problem: Batşuayi oynamayacaq, Morata isə...


oxunma sayı: 296 Paylaş:

FutbolPress"Çelsi" Bakıda "Qarabağ"la keçirəcəyi Çempionlar Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl hücumçu problemi ilə üzləşib.

Belçika yığmasının düşərgəsindən zədəli qayıdan Mişi Batşuayinin bu matçı buraxacağı dəqiqləşib. Onun yalnılz gələn ay meydanlara qayıdacağı gözlənilir.

Belədə ön xəttə oynamalı olan Alvaro Moratanın da həftədə 3 oyun keçirmək iqtidarında olmadığı müəyyənləşib. Bu isə Antonio Konteni hücum üçün alternativlər tapmaq qarşısında qoyub. İtaliyalı mütəxəssisin vingerlərdən birinə hücumun sivri ucunda güvənəcəyi ehtimal edilir.

Noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" matçı saat 21:00-da başlanacaq.


oxunma sayı: 296 | Paylaş:




?>