')

Bu gün:


FutbolPress.Az | Valverde Qrizmann transferi haqda: "Baxacağıq"

Valverde Qrizmann transferi haqda: "Baxacağıq"


oxunma sayı: 227 Paylaş:

FutbolPress"Atletiko"nun futbolçusu Antuan Qrizmann gələn yay 90 milyon avroya "Barselona"ya keçəcək?

Kataloniya klubunun baş məşqçisi Ernesto Valverde bu variantı inkar etməyib:

"Qrizmann əla futbolçudu. Onsuz da adı "Barselona" ilə çəkilən bütün oyunçular möhtəşəmdi. Əlimdəki futbolçulardan razıyam. Ancaq gələcəkdə nələr olacağına baxacağıq".

Avropanın bir sıra nüfuzlu nəşrlərində bununla bağlı yayılan xəbərlərə görə isə "Barselona" "Liverpul"dan Koutinyonu "qopara" bilməsə, başlıca transfer hədəfi məhz "Atletiko"nun fransız hücumçusu olacaq.


oxunma sayı: 227 | Paylaş:




?>