')

Bu gün:


FutbolPress.Az | Riçard Almeyda: "Bunun mənim üçün önəmi yoxdu"

Riçard Almeyda: "Bunun mənim üçün önəmi yoxdu"


oxunma sayı: 268 Paylaş:

FutbolPressTopaz Premyer liqasının XII turunda keçirilən "Qarabağ" - "Sumqayıt (2:0) oyunundan sonra Ağdam klubunun futbolçusu Riçard Almeyda jurnalistlərin suallarını cavablandırdı...

- Oyun barədə fikirləriniz...
- Çempionlar Liqasında "Çelsi" ilə oyunöncəsi çempionat matçının burada keçirilməsi bizə yardım olacaq. "Sumqayıt"ı kiçiltmək istəmirəm, hörmətəlayiq komandadır. Biz öz oyunumuzu nümayiş etdirib, qələbə qazandıq.

- Son turlarda "Qarabağ"ın oyunçuları tez-tez qırmızı vərəqə alırlar. Bu barədə nə düşünürsüz?
- Buna münasibət bildirməsəm, daha yaxşı olar.

- "Çelsi" ilə oyun haqda fikirləriniz...
- Çalışacağıq ki, layiqli oyun nümayiş etdirək. Çox çalışmalıyıq.

- İlk dəfə Bakı Olimpiya Stadionunda Premyer Liqa oyunu keçiriildi və ilk qolu siz vurduz. Tarixə düşmək sizin üçün nə dərəcədə əhəmiyyətlidi?
- Bunun mənim üçün elə bir önəmi yoxdur. Əsas odur ki, qələbə qazandıq və 3 xalı aktivimizə yazdırdıq.


oxunma sayı: 268 | Paylaş:




?>