')

Bu gün:


FutbolPress.Az | "Çelsi"dən xal ala bilərik" - Maksim Medvedev

"Çelsi"dən xal ala bilərik" - Maksim Medvedev


oxunma sayı: 269 Paylaş:

FutbolPressTopaz Premyer liqasının XII turunda keçirilən "Qarabağ" - "Sumqayıt (2:0) oyunundan sonra Ağdam klubunun futbolçusu Maksim Medvedev jurnalistlərin suallarını cavablandırdı...

- Qələbəni necə şərh edə bilərsiz?
- Xeyli vaxt idi ki, oynamırdıq. Belədə topa öyrəşmək çətin olur, oyun praktikası aşağı düşür. Əvvəldən öz oyunumuzu tapmaq istəyirdik. Lakin bəzi şeylər alınmadı. Bunun niyəsini özümüz də başa düşmədik. Oyunun gedişatında arzuolunmaz məqam oldu və qırmızı vərəqə ilə azlıqda qaldıq. Bu, işimizi daha da çətinləşdirdi. Çalışırdıq ki, daha diqqətli və ciddi oynayaq. Yaxşı ki, tez bir zamanda qol vurduq və müdafiəyə daha çox diqqət ayırdıq. Hesabı əldən verməməyə çalışırdq və bu alınırdı. Sevinirik ki, hücuma da vaxt tapa bilirdik. Bunun nəticəsində 2-ci dəfə fərqləndik. Yenə imkanlar oldu, ancaq istifadə edə bilmədik. Futboldu, hər şeyə hazır olmalıyıq.

- Qırmızı vərəqə ilə bağlı nə deyə bilərsiz? Komandada meydandan qovulmaların sayı artır...
- Bütün qırmızı kartlar haqsız yerə verilməyib. Qaydanı pozanda hakim məcburdu ki, sizi cəzalandırsın. Fikirləşmirəm ki, kimsə narazı qalsın.

- Qarşıdan "Çelsi" ilə oyun gəlir. Bu oyunda xal qazanmaq nə qədər real görünür?
- “Sumqayıt”la oyun göstərdi ki, biz ciddi hazırlaşırq. Bu stadionu seçdik ki, daha yaxşı öyrəşək. Birinci oyun bizim üçün çox yaxşı olmasa da, biz çalışacağıq ki, uğurlu nəticə qazanaq. Rəqibin kimliyini hamı yaxşı başa düşür. Şansları bizdən daha çoxdur. Lakin futbolda hərşey ola bilər. Heç kim "Atletiko" ilə oyunda da xal qazanacağımıza inanmırdı. Amma biz bunu bacardıq. Baş məşqçinin bütün taprşıqlarını yerinə yetirsək, "Çelsi"dən də xal ala bilərik.

- İlk oyundakı 6:0-lıq məğlubiyyəti düşündükdə komanda motivasiyasını itirmir ki?
- Əlbəttə ki, həmin oyun hamının yadındadı. Hər şey necə olub, problemlərimiz, səhvlərimiz yadımızdadı. Çalışacağıq ki, bu dəfə həmin səhvləri təkrarlamayaq.

- Atmosfer də fərqli olacaq...
- Atmosfer eyni olacaq. Lakin burda azarkeşlərin dəstəyi bizim üçün yaxşı motivasiya olacaq.

- Pedro Enrike cəza səbəbindən meydana çıxmayacaq. Bu barədə nə düşünürsüz?
- Bizdə əsas, ehtiyat futbolçu anlayışı yoxdur, komanda anlayışı var. Onun əvəzinə kim oyanayacaqsa çalışacaq ki, onun yoxluğunu hiss elətdirməsin.

- İki mövsüm əvvəl Avropa Liqasında “Tottenhem”ə hər iki oyunda yenilmişdiz. Bu dəfə də rəqib London təmsilçisi – “Çelsi” olacaq. İlk oyun da göstərdi ki, “Qarabağ” ingilis klubları ilə istənilən kimi oynamır...
- İspaniya, Almaniya, İngiltərə və İtaliya dünyanın ən güclü liqaları hesab edilir. İngiltərədə hərtərəfli futboldur. Texnika, sürət, fiziki güc əsas önəm daşıyır. Oyunçular adlı-sanlı və yüksək səviyyəli olur. İngilis klublarının adını eşidəndə aşağı komandalar sindrom keçirirlər. Tam başqa cür olur, alınmır. “Tottenhem”lə görüş də belə olmuşdu. Tam başqa atmosfer idi. Biz hər gün “Çelsi” kimi komandalara qarşı oynasaydıq, bizim üçün asan olardı. Amma bizdə belə deyil. Bu gün ölkə çempionatı, sonra “Çelsi”, yenidən ölkə çempionatı və “Roma” ilə matç... Qeyri-stabillik bizə problem yaradır. “Çelsi” İngiltərədə bu gün “Arsenal”, sabah “Liverpul” kimi klublara qarşı oynayır. Bizdə isə balanslı deyil. Oyun tempini tutmaq olmur. Biz hələ “Çelsi” kimi klublara qarşı həmişə yaxşı oynamağa hazır deyilik.


oxunma sayı: 269 | Paylaş:




?>