')

Bu gün:


FutbolPress.Az | "Belə hallara yol verməməliyik" - Qurban Qurbanov

"Belə hallara yol verməməliyik" - Qurban Qurbanov


oxunma sayı: 388 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında XII turun “Qarabağ” – “Sumqayıt” (2:0) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi:

- Hiss olunurdu ki, futbolçular tonosdan düşmüşdü. Çoxdan idi oynamırdılar. Faydalı oyun oldu. Azlıqda qalmaq komandanı bir az da bərkidir. Komandadan razı qaldım. Azarkeşlərimizi təbrik edirəm.

- Bu mövsüm qırmızı vərəqələrin sayı çoxdu. Bunun səbəbi nədi?
- Elə bir səbəbi yoxdu. Futbol mübarizə oyunudu və belə şeylər olur. Ancaq bəzən bu cür hallara yol verməməliyik. Elə oyun da olub ki, hakim səhvindən “qırmızı” almışıq. Buna görə futbolçularda da səhv axtarıram. Son vaxtlar bu halların çoxalması komandanın bərkiməsinə, futbolçuların daha yaxşı olmasına gətirib çıxarır. Biz belə hallara hazır olmağa çalışırıq. Qapıçının qırmızı vərəqə alması barədə düşünməmişdik. Bu da yeni təcrübə oldu.

- Kanibolotski şans qazanmır. Onun komandadan göndəriləcəyini gözləmək olarmı?
- Bu barədə düşünməmişik. Müqaviləsi var.  Az oynamayıb. Avrokubokda şans qazanmasa da, çempionatda meydana çıxıb. 3 qapıçının olması bizim üçün vacibdi. Onu digərlərindən zəif saymıram. Qapı bir qədər fərqli mövqedi və bir nəfərin oyun təcrübəsinin olması vacibdi. Kanibolotskini göndərmək barədə düşünmürük.

- Artıq millinin də baş məqçisisiz və rəqib komandaları da xüsusi izləməlisiz. Bu, sizə çətinlik yaratmır ki?
- Xeyr. Futbolçuların hamısını tanıyırıq. İndi düşünsəm ki, rəqibin oyunçularını izləyim, tam keyfiyyəti görə bilməyəcəm. Lazım olduqca kənardan izləyəcəyik, videoyazılardan da baxırıq.

- Bir məşqçiylə söhbətimdə demişdi ki, klubun uğurlu olması üçün azı 60 oyun keçirməlidi. “Qarabağ”ın uğurlu olmasına səbəb digərlərindən fərqli olaraq avrokuboklarda çıxışı da rol oynayır?
- Hamıya bəlli şeydi. Nə qədər oyun çox olsa, komanda möhkəmlənir. Amma oyunların keyfiyyətinin də əhəmiyyəti var. Sırf 60 oyun olmalıdı deyə bir şey də yoxdu, 40-50 də ola bilər. Keyfiyyətə, rəqiblərin səviyyəsinə də fikir vermək lazımdı. Belədə inkişaf daha sürətli gedər.

- “Çelsi” ilə oyuna 4 gün qalıb. Bu oyundan nə gözləyirsiz?
- Hər şey gözləmək olar. Rəqibin kimliyi bəllidi, məqsədi məlumdu, keyfiyyəti göz qabağındadı. İnamla hazırlaşa bilərik. Bu komandaya qarşı yaxşı mübarizə aparmağı düşünməliyik. Azarkeşlər də bizimlədi. Öz meydanımızda yaxşı oynamalıyıq. Ona söz verə bilərəm ki, futbolçular sona qədər mübarizə aparacaqlar. Hətta məğlub olsaq belə azarkeşlər komandanın istəyindən razı qalacaqlar. Evdə axırıncı oyunumuzdu və hər futbolçu da bunu dərk edir. Bir neçə gün də vaxtımız var və komandanı hazırlamağa çalışacağıq. Rəqib fərqli sistemdə oynayır. Komanda meydanda daha çox düşünməli olacaq.


oxunma sayı: 388 | Paylaş:




?>