')

Bu gün:


FutbolPress.Az | Ələkbərova kimlər oyunçu sifariş edib?

Ələkbərova kimlər oyunçu sifariş edib?


oxunma sayı: 1021 Paylaş:

FutbolPressAzərbaycan U-21 millisinin sabiq baş məşqçisi Samir Ələkbərov “sport24.az” saytına müsahibə verib.

O, bir sıra maraqlı məqamlara aydınlıq gətirib. Ələkbərov millini çalışdırarkən kimlərin ona yığmaya cəlb etmək üçün oyunçu sifariş etdiyini açıqlayıb. Mütəxəssis Oqtay Abdullayev, İsgəndər Cavadov və Novruz Əzimovun adını çəkib:

“Məsələ burasındadı ki, ad çəkməsəm, şübhələr bu işə qol qoymayan insanların da üzərinə yönələ bilər. Üstəlik, kənardan belə görünə bilər ki, Samir Ələkbərov bu sözləri özündən uydurub. Məhz buna görə də baş katibə də adları açıqladım, sizə də deyirəm. Özü də adamı yandıran odu ki, özümə yaxın bildiyim futbol adamları bu işə qol qoymuşdular. Söhbət İsgəndər Cavadov, Oqtay Abdullayev və Novruz Əzimovdan gedir.

Valeh Seyidov adlı 21 yaşlı futbolçu var. U-20 yığmasının toplanışlarından birinə onu dəvət etmişdim və səviyyəsinə bələd idim. İsrarla Valehi heç olmasa baxışa dəvət etməyimi istəyirdilər. Lakin rəsmi oyuna kimisə baxışa dəvət etməzlər. Mən də bu təkidlərə baxmayaraq elə səviyyədə futbolçuları cəlb etməyəcəyimi bildirdim. O, bizə kömək edə biləcək oyunçu deyil. Hətta ümumi tanışlar vasitəsilə də Seyidovun heyətə cəlb edilməsi üçün səy göstərdilər. Nəyə görə məhz bu futbolçunu yığmaya gətizdirmək istədikləri mənim üçün qaranlıq qalırdı. Eyni adamla bağlı müxtəlif insanların inadkarlıq göstərməsi istər-istəməz məni çox əsəbiləşdirirdi. Özü də Seyidovu məndən əvvəl işləyən məşqçilər də tanısalar da, yığmaya cəlb etməyiblər. Yəni burada mənim hansısa kaprizimdən söhbət getmir”.


oxunma sayı: 1021 | Paylaş:




?>