')

Bu gün:


FutbolPress.Az | AFFA iki millinin baş məşqçisini istefaya göndərdi

AFFA iki millinin baş məşqçisini istefaya göndərdi


oxunma sayı: 377 Paylaş:

FutbolPressBu gün AFFA-nın baş katib Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayevlə görüşüb.

AFFA-nın saytının yaydığı xəbərə görə, Təbriz Həsənov U-19-un, Mirbağır İsayev isə U-17-nin Avropa çempionatının ilkin seçmə mərhələsində çıxışı ilə bağlı hesabat təqdim edib.

Hesabatların təqdimatından sonra qarşılıqlı razılıq əsasında hər iki baş məşçinin müqaviləsinə xitam verilməsi barədə qərar qəbul olunub.

U-19 və U-17 Azərbaycan yığmalarının baş məşqçisi vəzifəsinə təyinatlar ilin sonuna qədər müəyyənləşəcək.


oxunma sayı: 377 | Paylaş:




?>