Aqil Nəbiyev plastik şiti sındırdı, cərimələndi
Paylaş:
AFFA İntizam Komitəsi Azərbaycan çempionatının I Divizionunda son turda başverənlərlə bağlı qərarlarını açıqlayıb.
VIII turda “Ağsu” ilə səfər matçında "Binə" azarkeşləri hələ matç başlamamış pirotexniki vasitələrdən istifadə edib. Bu səbəbdən qonaq klub 80 manat cərimə olunub.
“Mil-Muğan” – “Şüvəlan” matçında isə qonaqların baş məşqiçisi Aqil Nəbiyev stadionun plastik şitini sındırıb. Stadiona dəymiş ziyan əsasında “Mil-Muğan” klubunun təqdim edəcəyi hesab “Şüvəlan” tərəfindən ödəniləcək.
| Paylaş: