Samir Ələkbərov "od püskürdü": "Həmin şərəfsizlərə deyirəm ki..."
Paylaş:
Azərbaycan U-21 millisindən ayrılan Samir Ələkbərov yığmadakı problemlər barədə danışıb. Komandaya 3 oyunluq rəhbərlik edən mütəxəssis "Qol.az" saytına müsahibəsində köməkçiləri - Aslan Kərimovla Cahangir Həsənzadənin onun işini tamamilə ələ keçirdiyini söyləyib:
"Mən problemli adam deyiləm. Heç bir çəkişmə olmadı. Ancaq ab-hava istədiyim kimi deyildi. Özümü çox pis hiss edirdim. Çünki məni maniken kimi istifadə edirdilər. Demək olar ki, işimi tam əllərinə götürmüşdülər. Hətta Almaniyaya 1:6 hesabı ilə uduzanda Alsan və Cahangirə dedim ki, belə olmaz axı, baş məşqçi mənəm".
Ələkbərov ona yığmaya çağırmaq üçün futbolçuların təklif edildiyini, ancaq onlardan heç birini heyətə cəlb etmədiyini deyib. O, futbolçu sifariş edənlərin adını açıqlamaq istəməyib:
"Ad çəkmək istəmirəm. Hamısı futbolumuzun qaymaqları idi. Mən gecə evimdə də otura bilmirdim. Telefonum partlayırdı. İndi də həmin adamlar sevinirlər. Həmin şərəfsizlərə deyirəm ki, sevinməyin. Məni gic elədilər. Bundan sonra başıma hava gələ bilər. Üzlərinə də demişəm. Harda işləsəm, bilsinlər ki, mən Samir Ələkbərovam. Mən özüm işləyəcəm, qərarı özüm verəcəm. Mən ancaq öz bildiklərimi çağırdım. Deyirdilər ki, filan futbolçunu çağır da. Başa düşmürlər ki, belə bir vaxtda baxışa futbolçu çağırılmır. Mənim ən zəhləm gedən şey futbolçunu vacib oyunlar ərəfəsində baxışa çağırmaqdır".
| Paylaş: